Ermənistan Avropa Birliyinə can atır
Agentliyin `hansısa siyasi olaylar bu prosesə mane ola bilərmi?" sualına AB təmsilçisinin cavabı belə olub:
“Əsas məqsədimiz Vilnüsdə Assosasiya müqaviləsini imzalamaqdır. Hazırda fikrimizi bu istiqamətə yönəltmişik. Məsələnin həlli bağlı yollar axtarırıq.
Avropa Birliyinin daxili siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Ketron Eştonla Avropa Birliyinin komissarı Ştefan Fülenin iyulun 25-dəki birgə bəyanatında qeyd olunduğu kimi, Avropa Birliyi Ermənistanla Assosasiya müqaviləsinin imzalanması istiqamətində danışıqların əsas mərhələsinin başa çatmasından məmnundur. 2010-cu ildə başlamış danışıqların başa çatması həm Avropa Birliyi, həm də Ermənistan üçün böyük nailiyyətdir.
Assosasiya müqaviləsi Avropa Birliyinə və Ermənistana özündə ümumi dəyərləri, siyasi birliyi və iqtisadi inteqrasiyanı əks etdirən müasirlik və islahatlar proqramını birlikdə hazırlamağa şərait yaradacaq.
Müqavilə Ermənistanın gündəlik həyatına olduqca müsbət təsir göstərəcək, ölkəni və onun vətəndaşlarını Avropa Birliyi ilə yaxınlaşdıracaq".
“Regnum”un növbəti sualı Avropa Birliyi ilə Ermənistan arasında Assosasiya müqaviləsinin imzalanmasının Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyi ilə bağlı olub.
Buna cavab olaraq T.Xristi bildirib ki, `Avropa Birliyi Qarabağ münaqişəsinin həlli missiyasını yerinə yetirən rəsmi nümayəndə deyil. Bu işlə əsasən ATƏT məşğul olur. Amma Avropa Birliyi öz növbəsində, münaqişə tərəflərinin razılığa gəlməsi üçün ATƏT-ə, xüsusən də həmsədr ölkələr olan Fransa, Rusiya və ABŞ-a dəstək verir: “Əlbəttə, hesab edirik ki, bu dəstək Assosasiya müqaviləsində də öz əksini tapmalıdır”.
Türkiyə-Ermənistan sərhədinin bağlı olmasına Avropa Birliyinin münasibətinə gəlincə, T.Xristea qeyd edib ki, təmsil etdiyi qurum adıçəkilən ölkələr arasında münasibətlərin normallaşması prosesini qeyd-şərtsiz dəstəkləyir, lakin təəssüflənir ki, proses hazırda dalana dirənib:
“Xatırladım ki, Türkiyə Avropa Birliyi üzvlüyünə namizəd olan ölkələrdəndir. Avropa Birliyi hazırda Türkiyə ilə danışıqları lazımi məcraya yönəltmək üçün ciddi işlər aparır”.
S. Həsənova
AzVision.az
Teqlər: