MTN-dən sabiq nazirin həbsi ilə bağlı açıqlama

MTN-dən sabiq nazirin həbsi ilə bağlı açıqlama
  12 Avqust 2013    Oxunub:1241
Milli Təhlükəsizlik Nazirliyi (MTN) Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin həbsi ilə bağlı məlumat yayıb.
MTN-in mətbuat xidmətinin rəhbəri Arif Babayev modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan vətəndaşı Quliyev Nicat Əmir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinib.

Nazirlik rəsmisinin sözlərinə görə, o, Cinayət Məcəlləsinin həmin maddəsi ilə 2013-cü ildə avqustun 7-də tutulub və təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə avqustun 8-də barəsində həbs qətiimkan tədbiri seçilib.

Qeyd edək ki, Nicat Qulieyv MTN əməkdaşları tərəfindən həbs olunarkən bağ evindən xeyli sayda silah-sursat da aşkarlanıb.

Nicat Quliyev bundan öncədə 2005-ci il, oktyabrın 19-da da həbs edilmişdi. O zaman sabiq nazirə qarşı dövlət çevrilişinə cəhddə iştirak etmək maddəsi ilə ittiham irəli sürülmüşdü. Sonradan onun haqqındakı həbs-qətimkan tədbiri dəyişdirildi.



Teqlər:





Xəbər lenti