Milli Şuranın iclasında vəziyyət gərgindir

Milli Şuranın iclasında vəziyyət gərgindir
  13 Avqust 2013    Oxunub:880
Bu gün Milli Şuranın növbəti iclası keçirilib. KXCP-nin qərargahında keçirilən toplantıya elə partiya sədri Mirmahmud Mirəlioğlu sədrlik edib. Mirəlioğlu bildirib ki, əvvəlcədən sessiyanın mətbuata qapalı olması nəzərdə tutulub və belə də etmək lazımdır.
Müsavat funksioneri Mustafa Hacıbəyli isə deyib ki, tədbirin mətbuat nümayəndələri üçün açıq olması lazımdır: “Qoy mətbuat burada baş verənləri görsün”.

Lakin M.Mirəlioğlu bununla razılaşmayıb və deyib ki, tədbirin keçirildiyi zal geniş deyil: “Zal, yerimiz dardır. Qoy insanlar azalsın və rahat nəfəs alaq”. Bundan sonra heç kim tədbirin qapalı keçirilməsinə etiraz etməyib və jurnalistlər zaldan çıxarılıb.

İki saat sonra zaldan çıxan Milli Şura üzvləri bildirirlər ki, iki saat ərzində cəmi bir məsələ müzakirə edilib. Həmin məsələ ilə bağlı yekun qərar verilməyib. Sessiyanın gündəliyində isə ümumilikdə beş məsələ qoyulduğu bildirilir.

Saat 19.30-da Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov jurnalistlərin qarşısına çıxaraq bildirib ki, müzakirələr olduqca gərgindir və bu səbəbdən brifinqi bir müddət də gözləmək lazım gələcək: "Hələ qızğın müzakirələr gedir. Yarım saata-qırx dəqiqəyə bir oradan konkret qərarlarla çıxacağıq. Gözləyin" (musavat.com).


Teqlər:  





Xəbər lenti