Erməni əsiri ilə müsahibə-VİDEO

Erməni əsiri ilə müsahibə-VİDEO
  13 Avqust 2013    Oxunub:1552
O, əsir düşməsindən danışıb.
Bir neçə gün əvvəl qoşunların təmas xəttində Azərbaycan ordusunun nəzarətində olan hissəyə keçərkən əsir götürülmüş erməni hərbçi Akop İnciqulyan ANS telekanalına müsahibə verib. O hansı şəraitdə əsir düşməsindən danışıb.

“Yemək yeyib, içki içirdik uşaqlarla. Tağım komandiri axşama yaxın məcburən məni, su dalıyca göndərməyə əmr verdi. Məndə dedim ki, bir az yorulmuşam istirahət edim, sonra gedərəm. O isə mənə dedi ki, sən kimsən ki, sözümü yerinə yetirməyəsən? Təpiklə gözümə vurdu və aramızda dava düşdü. Bu səbəbdən də məcbur oldum bura, könüllü şəkildə Azərbaycan tərəfinə keçməyə”, - deyə erməni əsir bildirib.

Xatırladaq ki, Akop İnciqulyan avqustun 8-də gecə saat 23:00 radələrində Azərbaycan tərəfinə keçərək əsir düşmüşdü. Erməni əsgəri azərbaycanlı çobanlar yaxalayıb. Əsgərin üzərində sənəd aşkar olunmayıb. Çobanların sözlərinə görə, erməni əsgəri əslən Əsgəran rayonundan olub. O, 2 ildir xidmət etdiyini deyib. Onun əl-qolunun bağlayan çobanlar, dərhal polis və hərbçilərə məlumat verib.




Teqlər:  





Xəbər lenti