Ukraynadan Qarabağ separatçılarına zərbə
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin direktor müavini Yelena Vaşşenko Azərbaycanın Dağlıq Qarabağ regionuna girişinə qadağa qoyulan 335 vətəndaşın arasında 8 ukraynalının olduğunu bildirib.
Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında daha əvvəl xarici səfərə hazırlaşan vətəndaşlara tövsiyələr yerləşdirilmişdi. Ukraynalılara həm öz qanunlarına, həm də səfər etdikləri ölkənin qanunlarına ciddi şəkildə riayət etmələri üçün xəbərdarlıq edilib. “Vətəndaşlara səfər etməmək bildirilsə də, onların həyatları və sağlamlıqlarını təhlükə altında qoyan ölkələrə səfər etməsi ciddi narahatlıq doğurur” - XİN-nin məlumatında vurğulanıb.
Bundan başqa, 2011-ci ilin martında Ukrayna XİN-nin rəsmi saytında Dağlıq Qarabağ regionuna səfəri barədə vətəndaşlara tövsiyə yerləşdirilmişdi. “Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna vətəndaşlarına Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna səfər etməkdən çəkinməyi məsləhət görür. Azərbaycanda olarkən təhlükəsizlik qaydalarına, ölkə qanunvericiliyinə və xarici ölkədə hamı tərəfindən qəbul edilmiş davranış normalarına riayət etməyi xahiş edirik” – məlumatda bildirilmişdi.
AzVision.az