İsveçə yeni səfir təyin edildi

İsveçə yeni səfir təyin edildi
  13 Avqust 2013    Oxunub:1427
Azərbaycan prezidenti İlham Əliyev Adış Sakit oğlu Məmmədovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Adış Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. Dövlət başçısı həmçinin Rafael Tofiq oğlu İbrahimovun Azərbaycanın İsveç, Norveç və Finlandiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Dövlət başçısının daha bir sərəncamı ilə Fəxrəddin Saib oğlu Mirzəyev Azərbaycanın Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin edilib. Sərəncamda Xarici İşlər Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyev həmçinin Əsgər Hüseyn oğlu İsmayılova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi barədə sərəncam imzalayıb.


Teqlər:  





Xəbər lenti