Milli Şura razılığa gələ bilmədi

Milli Şura razılığa gələ bilmədi
  13 Avqust 2013    Oxunub:1238
Milli Şuranın bu gün keçirilən sessiyasından dərhal sonra - saat 19:00-da jurnalistlər üçün brifinq keçiriləcəyi deyilsə də mətbuat nümayəndələri 2 saatdan çox gözləməli olub.
AzVision.az-ın verdiyi məlumata görə, sessiyada yeni vahid namizədlə bağlı razılığa gəlmək mümkün olmayıb. Yeni vahid namizədlə bağlı təkliflər və müzakirələr dayandırılması, məsələyə bir həftə sonra, 19 avqustda baş tutacaq sessiyada baxılması təklif olunub. Buna qədər isə, Milli Şuranın mitinqi təyin olunub və hazırlıqların davam etdirilməsi vurğulanıb.

Bu müddət ərzində isə Rüstəm İbrahimbəyova bir daha müraciət olunacaq ki, 17 avqusta qədər Bakıya qayıtsın, hətta Milli Şuranın 18 avqusta təyin olunan mitinqinə rəhbərlik etsin.

Fatimə


Teqlər:  





Xəbər lenti