Milli Şura "20-ci sahə"yə gedir

Milli Şura "20-ci sahə"yə gedir
  13 Avqust 2013    Oxunub:1378
Milli Şura mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə dörd yer təklif edib.
AzVision.az xəbər verir ki, bu məsələ Milli Şuranın ötən gün keçirilən sessiyasında müzakirə olunub. Təklif olunan yerlər aşağıdakılardır :

Nərimanov metro stansiyasının yaxınlığındakı park

Binəqədi qəsəbəsindəki park

Təbriz kinoteatrının qarşısı

20-ci sahədəki sürücülük məktəbinin həyəti

Onu da qeyd edək ki, artıq “Facebook” sosial şəbəkəsində 18 avqustda keçirləcək aksiya ilə bağlı qrup yaradılıb. Milli Şuranın Facebook hesabı tərəfindən yaradılan qrupda aksiyanın Bakı şəhəri, Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbində, saat 17:00-da keçiriləcəyi göstərilib. Hələ ki, 375 nəfər aksiyaya qoşulacağını bildirib.

Fatimə KƏRİMLİ



Teqlər:





Xəbər lenti