Erməni: bir azdan yer üzündən silinəcəyik

Erməni: bir azdan yer üzündən silinəcəyik
  13 Avqust 2013    Oxunub:1269
Bu ilin ilk yarısında 1355 Ermənistan vətəndaşı vətəndaşlıq almaq üçün Avropa ölkələrinə müraciət edib.
Avropa Birliyinin statistika xidmətinin yaydığı açıqlamada bildirilir ki, bununla da Ermənistan vətəndaşlıq üçün müraciət edən ölkələr sırasında ilk onluğa düşüb. Vətəndaşliq üçün müraciət edənlərin əksəriyyəti bunun səbəbini sosial- iqtisadi vəziyyətin ağırlığı ilə əlaqələndirib.

Arkadi Gevorkyan da Almaniyadan vətəndaşlıq almaq üçün müraciət etməyə hazırlaşan Ermənistan vətəndaşlarından biridir:

"Mən nağıllarda təsvir olunan küpəgirən qarıların evinə bənzər evdə yaşayıram. Mən bu ölkənin vətəndaşıyam. Niyə bu şəraitdə yaşamalıyam. Niyə acından ölməliyəm. Tək mən yox, qonşularım da yaxınlarım da hətta deyərdim ki bu gün bütün Ermənistan bu vəziyyətdədir. Biz dünyaya bunun üçünmü gəlmişik?".

Ermənistanı tərk edən erməni deyir: "Oğlumun getməsinə özüm razılıq vermişəm. Mənim ömrümə az qalıb. Ailəsini də götürsün getsin. Göz görə-görə ölməyəcəklər ki".

Hər yerdən əli üzülən vətəndaşlar son çarəni ölkəni tərk etməkdə görür: "Oğlum Fransadadı. Orda əvvəldən yaşayan yaxınlarımızın yanına göndərdim. Bura ölü bir ölkədi. İnanmıram ki Ermənistanda heç 1 milyon sakin qala. Yaşlı olmasaydım mən də çıxıb gedərdim.

Ermənistan özü özünü yeyib bitirir. Əhalisi olmayan ölkə nəyə yarayır bilmirəm. Bir azdan yer üzündən silinəcəyik. Baxın biz belə evlərdə yaşayırıq. Bura əsl cəhənnəmdir. Mənim burda qalıb ölmək fikrim yoxdu. Biz çıxa bilirik. Çıxıb gedə bilməyənlər və gözləri görə görə ölümə məhkum olanlara həqiqətən də ürəyim ağrayır".

Statistikaya görə bu il Avropa ölkələrinə vətəndaşlıq üçün müraciət edən ermənilərin sayı ötən ilkindən 15 min nəfər çoxdur.

AzVision.az


Teqlər:  





Xəbər lenti