Gürcüstanda 5,7 min nəfər işdən çıxarılıb

Gürcüstanda 5,7 min nəfər işdən çıxarılıb
  13 Avqust 2013    Oxunub:1458
Gürcüstanda 2012-ci ilin oktyabrında parlament seçkilərindən sonra dövlət idarələrində çalışan təxminən 5,7 min nəfər işdən çıxarılıb. Bu barədə “Transparency International” təşkilatının hesabatında bildirilib.
Hesabat 2012-ci ilin oktyabrın 20-dən 2013-cü ilin martın 1-dək dövrü əhatə edir. Məlumata görə, siyasi və digər irqi motivlərə görə işdən çıxarılma riski seçkilərdən sonra ilk bir neçə ay ərzində baş verib.

Təşkilat bu tədqiqatı dövlət idarələrindən aldığı rəsmi informasiya, birbaşa telefon müsahibəsi, həmçinin KİV-də yayılmış müxtəlif hadisələri analiz etməklə edib.

Seçkilərdən sonra nazirliklərdən və digər dövlət idarələrindən 5,683 min əməkdaş işdən çıxarılıb. Onların 41 %-i öz xahişləri əsasında işlərini tərk edib. Hesabata əsasən müsabiqə yolu ilə işə qəbul edilən 7,008 min yeni əməkdaşın yalnız 257 nəfəri (4%) işə götürülüb.

Mərkəzi hakimiyyət orqanlarından 3,769 min nəfər işdən çıxarılıb. Onların ən çoxu (897) Daxili İşlər Nazirliyinin payına düşür. Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliklərindən 883, Müdafiə Nazirliyindən 690, Ədliyyə Nazirliyindən 567, Maliyyə Nazirliyindən isə 278 nəfər işdən kənarlaşdırılıb. Yerli hakimiyyət orqanlarından isə 1,769 min nəfər işdən çıxarılıb.

“Transparency International” inzibati orqanların rəhbərlərini siyasi və digər motivlər üzrə kadr dəyişiklikləri etməməyə çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti