AFFA klublarımızı cəzalandırdı
Topaz Premyer Liqasının II turunun AZAL – “Bakı” matçının 45+1-ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Devidas Çesnauskis idmançiya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Topaz Premyer Liqasının II turunun “Qarabağ” – “Sumqayıt” matçının 32-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitə yandırıldığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 82-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Teqlər: