Erməni əsirin qohumları Yerevanda aksiya keçiriblər

Erməni əsirin qohumları Yerevanda aksiya keçiriblər
  13 Avqust 2013    Oxunub:1531
Azərbaycan sərhədlərini pozaraq əsir düşən Akop İnciqulyanın qohumları onun azad edilməsi prosesinə Rusiyanı da cəlb etməyi xahiş edirlər.

Avqustun 8-də Azərbaycan sərhədlərini pozduğuna görə əsir düşmüş erməni əsgəri Akop İnciqulyanın qohumları Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Yerevan ofisi qarşısında aksiya keçiriblər. Onlar İnciqulyanın aqibəti ilə bağlı məlumat tələb ediblər. Bu barədə AzVision.az İnterfax-a istinadən məlumat verir.

Bununla yanaşı onlar Ermənistan prezidenti Serj Sərkisyana və müdafiə naziri Seyran Ohanyana açıq məktubla müraciət ediblər.

Məktubla onlar İnciqulyanın azad edilməsi prosesinə Rusiyanı da cəlb etməyi xahiş edirlər.

Xatırladaq ki, bir müddət əvvəl ANS telekanalına müsahibəsində Akop İnciqulyan Azərbaycan tərəfinə könüllü olaraq keçdiyini bildirib. Erməni əsgəri bu addımının səbəbini “su gətirməyə getmədiyi üçün komadirləri tərəfindən vəhşicəsinə döyüldüyü” ilə izah edir.

BQXK Yerevan ofisindən isə bildirilib ki, hələlik Bakıdakı nümayəndələr hələlik İnciqulyanla görüşməyiblər, odur ki, bir məlumatları yoxdur.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti