İmran Cəfərzadənin son əməliyyatı uğurlu olub

İmran Cəfərzadənin son əməliyyatı uğurlu olub
  13 Avqust 2013    Oxunub:1123
Onun ayağına elastik millər yerləşdirilib
Azərbaycanın Almaniyadakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, İmran Cəfərzadənin sağ ayağına daxildən sabitləşdirici elastik millər yerləşdirilib. Həmin millər uşağın sınmış bud sümüklərinin təbii olaraq birləşməsinə kömək edəcək. Sol ayağının vəziyyəti isə qənaətbəxşdir. Qeyd edək ki, onun sol ayağının dabanını başından götürülmüş dəri hissəsi ilə bərpa etmək mümükün olub. Hazırda uşağın yaraları sağalmağa doğru gedir. Sadəcə sol ayağında qan dövranı ilə bağlı bəzi problemlər yaşanır ki, həkimlər bunun dabandakı toxumalar birləşdikdən sonra qaydasına düşəcəyini bildiriblər.

Lakin həkimlər körpənin hər iki ayağında həyat üçün təhlükəli sayılan infeksiya probleminin müəyyən qədər qaldığını bildirirlər. Onu da qeyd edək ki, bu vaxta qədər İmran Cəfərzadəyə hər 4 saatdan bir narkoz tətbiq edilirdisə artıq onun sarğılarını açarkən adi keyləşdiricilərdən istifadə edilir. Yaxın bir neçə gündə əlavə əməliyyatlar planlaşdırılmayıb.

Xatırladaq ki, İmran Cəfərzadə iyulun 21-də Xaçmaz rayonunda yerləşən "Nabran Holiday Village" akvaparkının hovuzunda təhlükəsizlik üçün nəzərdə tutulmuş qoruyucu barmaqlıq olmadığından nasos sisteminə düşüb. Nəticədə iki yaşlı oğlan sağ ayağının dizdən aşağı hissəsini və sol ayağının dabanını itirib.

AzVision.az


Teqlər:





Xəbər lenti