Elmira Süleymanova DİN-ə müraciət edəcək

Elmira Süleymanova DİN-ə müraciət edəcək
  13 Avqust 2013    Oxunub:2103
Başçəkmə ilə bağlı müvafiq Aktlar tərtib edilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən əməkdaşları Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunan və Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində saxlanılan Tural Feyruz oğlu Abbaslıyla görüşüblər.

Ombudsman Aparatından AzVision.az-a verilən məlumata görə, görüş zamanı T.Abbaslı saxlanılma şəraitindən və ona qarşı münasibətdən narazılığını bildirib.

Araşdırma zamanı məlum olub ki, saxlanıldığı günlərdə daxili nizam qaydalarını pozduğuna görə ona müxtəlif günlərdə hər biri 2 saatdan çox olmayan müddətlərdə əl qandalı tətbiq edilib, bu haqda müvafiq Aktlar tərtib edilib.

Buna isə Daxili İşlər Nazirinin 2010-cu il 30 oktyabr tarixli 480 saylı əmri ilə təsdiq edilmiş “Polis orqanlarının inzibati həbs olunanların saxlanılma məntəqələri haqqında Əsasnamə”nin tələblərinin pozulması səbəb olub. Həmin Əsasnamənin 3.6-cı bəndində Daxili intizam qaydalarını pozan, fiziki müqavimət göstərən yaxud digər zorakı hərəkətlərə yol verən həbsdə saxlanılan şəxsə iki saatdan artıq olmayan müddətə əl qandalı vurulması göstərilib.

Əsasnamənin tələbləri T.Abbaslının diqqətinə çatdırılıb. Eyni zamanda ona vəkili və ailə üzvləri ilə görüş verilir.

T. Abbaslının qaldırdığı bəzi məsələlər yerində həll edilib, bu barədə onun anası məlumatlandırılıb, eyni zamanda müəssisənin rəisinə müvafiq tapşırıqlar verilib. Başçəkmənin nəticələri ilə bağlı Müvəkkil Daxili İşlər Nazirinə müraciət edəcək.


Teqlər:





Xəbər lenti