Çexiya prezidenti baş nazirin istefasını qəbul etdi

Çexiya prezidenti baş nazirin istefasını qəbul etdi
  13 Avqust 2013    Oxunub:1177
Avqustun 16-da Çexiya parlamentinin aşağı palatasının buraxılması müzakirə ediləcək.
Avqustun 13-də Çexiya prezidenti Miloş Zeman baş nazir İrji Rusnokun istefasını qəbul edib. Xatırladaq ki, baş nazir avqustun 7-də parlamentin etimadını qazana bilməyib.Onun istefasına da elə bu səbəb olub.

Avqustun 16-da Çexiya parlamentinin aşağı palatasının buraxılması məsələsinin müzakirə olunacağı gözlənir. Deputatlar səlahiyyətlərinin vaxtından tez dayandırılmasına səs versələr, prezident aşağı palatanı da buraxacaq.

Parlament buraxıldıqdan sonra dövlət başçısı növbədənkənar parlament seçkisi təyin etməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti