Fəzail Ağamalı:` Zahid Orucun namizədliyini dəstəkləmirik`

Fəzail Ağamalı:` Zahid Orucun namizədliyini dəstəkləmirik`
  13 Avqust 2013    Oxunub:1717
Millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsi siyasi müstəvidə birmənalı qarşılanmadı. Deputatın təmsil etdiyi partiyanın sədri Fəzail Ağamalı Zahid Orucun namizədliyinə etiraz edib. AVP sədri Zahid Orucun namizədliyin yolverilməz olduğunu deyərək onu dəstəkləməyəcəklərini deyib.
“Zahid Oruc partiyada heç kimlə razılaşdırılmadan namizədliyini verib. Bizim partiyanın qərarı var ki, prezident İlham Əliyevin namizədliyini dəstəkləyirik. Bu qərarımız qüvvədə qalır. Biz Zahid Orucun namizədliyini məqbul hesab etmirik, nə də dəstəkləmirik. Bu onun şəxsi işidir”-deyə F.Ağamalı Zahid Orucun namizədliyinə qarşı çıxıb.

Z.Oruc isə əməkdaşımıza açıqlamasında F.Ağamalının reaksiyasının gözlənilən olduğunu deyib. Millət vəkili AVP sədrinin kəskin reaksiyasının normal qəbul etdiyini bildirib.

“Bu reaksiyaları başa düşürəm və normal qarşılayıram, şərh etmək istəmirəm”.

Z.Oruc həmçinin namizədlik məsələsinə aydınlıq gətirərən bu addımlı atmasının səbəbini izah edib. O, namizədliyinin qeyri-adi olmadığını, bu addımı şəxsi qərarı əsasında atdığını deyib:

“Qəbul edirəm ki, mənim namizədliyimə fərqli mövqelər və baxışlar olacaq. Bunu da anlayışla qarşılayacam. Əsas məsələ seçkilərdən seçicilərin qalib çıxmasıdır. Bu kiməsə qarşı olmaq, kiminsə tərəfində olmaq deyil. Mən gələcəkdə daha ciddi təşəbbüskarlığa meydan verilməsini uman insanların namizədi kimi çıxış edəcəm. Narazıların öz namizədi olacaqdır. İlham Əliyev böyük müdafiə ordusu var. Yerd qalan rəqiblər ölkənin həyatına fərqli düşünəcələrlə yanaşan insanlardır. Mənim fikrimcə, namizədliyim bu işin əleyhinədir. Mənim üçün bir cümlə ilə deməyə lazım gəlsə ulu öndərin kursunu tanıyan, onu milli maraqlarımıza uyğun sayan insanların namizədi kimi çıxış eləməyə çalışacam”-deyə deputat açıqlayıb.(modern.az)


Teqlər:





Xəbər lenti