Mikayıl Cabbarov gənclərə ümid edir

Mikayıl Cabbarov gənclərə ümid edir
  13 Avqust 2013    Oxunub:1073
Avqustun 13-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş 53 tələbə ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüş zamanı nazir tələbələri təbrik edərək, onların Azərbaycanın ən layiqli gəncləri sırasında yer tutduğunu söyləyib.

Mikayıl Cabbarov qeyd edib ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan təhsil naziri hazırda bu ənənənin uğurla davam etdirildiyini vurğulayıb.

Gənclərə Azərbaycanla daim sıx əlaqə saxlamağı tövsiyə edən nazir onların hər birinin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirib.

Təhsil naziri gənclərin seçdikləri ixtisaslar üzrə hərtərəfli biliklərə yiyələnməsinin əhəmiyyətinə toxunub, onların yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə əminliyini ifadə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti