İcra başçısı vəzifəsindən kənarlaşdırıldı

İcra başçısı vəzifəsindən kənarlaşdırıldı
  14 Avqust 2013    Oxunub:1729
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi Rayon İcra Hakimiyyətinin başçısı Levan Palavandişvili vəzifəsindən kənarlaşdırılıb.

AzVision.az xəbər verir ki, Rayon Məclisinin (Sakrebulo) sədri Zurab Eradze bildirib ki, Levan Palavandişvili üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmədiyinə görə belə bir qərar qəbul edilib. Məclisin büro iclasında iştirak edən 11 deputatdan 7-si ona etimadsızlıq göstərərək vəzifəsindən kənarlaşdırılmasının lehinə səs verib.

L.Palavandişvili bu vəzifəyə bir neçə ay əvvəl təyin olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti