Vahid Ələkbərov: “Azərbaycanı tərk etməyəcəyəm”

Vahid Ələkbərov: “Azərbaycanı tərk etməyəcəyəm”
  14 Avqust 2013    Oxunub:1188
“LUKOIL” şirkətinin rəhbəri vahid Ələkbərov bildirib ki, Rusiyanın ən böyük neft şirkəti “LUKOIL” “Şah-Dəniz” (Azərbaycan) qaz yatağı layihəsinə 10 % payını satmayacaq və Azərbaycanı tərk etməyəcək.
Qeyd edək ki, “Şah-Dəniz” yatağının ümumi ehtiyatı 1,2 trilyon kub metr qaz və 240 milyon ton kondensatla qiymətləndirilir. Hazırda qaz yatağından ilk mərhələdə 178 milyard kub metr qaz və 34 milyon ton kondensat çıxarılması nəzərdə tutulur. Mərhələ üzrə maksimal qaz çıxarılması 8,6 milyard kub metr qaz və ildə iki milyon ton kondensat təşkil edir. “Şah-Dəniz” yatağında hasilata görə iştirak edənlərin pay bölgüsü bu cürdür: “BP” (operator - 25,5 %), “Statoil” (25,5 %), “SOCAR” (10 %), “LUKOIL” (10 %), “NICO” (10 %), “Total” (10 %) və “TPAO” (9%).

AzVision.az


Teqlər:  





Xəbər lenti