Kerri ABŞ-ın niyyətini açıqladı

Kerri ABŞ-ın niyyətini açıqladı
  14 Avqust 2013    Oxunub:1137
`İsrail yaşayış yerləri bağlı açıqlamalar etməsə yaxşıdır`
ABŞ dövlət katibi Con Kerri İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla əlaqə saxlayıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar İsrailin Fələstinlə yenidən başlayan sülh danışıqları və Qərbi Şəriya və Şərqi Qüdsdə yeni 200 yaşayış yerinin tikilməsini müzakirə edib.

Braziliyada keçirdiyi mətbuat konfransında bu barədə danışan Kerri bildirib ki, Netanyahu ilə açıq və səmimi müzakirələr edib.

O vurğulayıb ki, ABŞ yeni yaşayış yerlərini qeyri-qanuni hesab edir. Kerri hesab edir ki, sülh danışıqları getdiyi vaxtda İsrail yeni yaşayış yerləri bağlı açıqlamalar etməsə daha yaxşı olar.

Dövlət katibi Fələstin prezidenti Mahmud Abbasla da danışacağını qeyd edib.

Fatimə


Teqlər:  





Xəbər lenti