Penitensiar Xidmətin 120 əməkdaşı and içib

 Penitensiar Xidmətin 120 əməkdaşı and içib
  14 Avqust 2013    Oxunub:1989
Penitensiar Xidmətdə kiçik rəis heyətinə qulluğa qəbul olunmuş 120 nəfər gənc əməkdaşın andiçmə mərasimi keçirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, gənc əməkdaşlar ədliyyə orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyaya əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına and içiblər.

İlkin hazırlıq kursunu keçərək yeni inşa edilmiş Şəki penitensiar müəssisəsinə təyin olunmuş əməkdaşların andiçmə mərasimində ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev iştirak edib. O, xidmətə yeni başlayan əməkdaşları ədliyyə naziri Fikrət Məmmədovun adından təbrik edib, Penitensiar Xidmətdə aparılan islahatlar barədə məlumat verib.

Daha sonra işə yeni qəbul olunmuş gənc əməkdaşlara xidməti vəsiqələr təqdim olunub və “Nar Mobile” mobil operatorunun telefon nömrələri hədiyyə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti