Rafiq Əliyev: “Mən siyasətdən gedirəm”

Rafiq Əliyev: “Mən siyasətdən gedirəm”
  14 Avqust 2013    Oxunub:2293
Akademik Rafiq Əliyev Azərbaycanda gedən siyasi proseslərdə iştirak etmək istəmədiyini bildirib.
Prezidentliyə namizədliyini irəli sürmək niyyətində olanlara təşəkkür edən R.Əliyev yalnız elmlə məşğul olmaq istədiyini söyləyib.

“Hazırda mən xaricdəyəm və uzun müddətdir siyasi proseslərdən kənardayam. Siyasi proseslərdə iştirak etmək niyyətində deyiləm” – akademik haqqin.az saytına açıqlamasında vurğulayıb.

Qeyd edək ki, akademik Rafiq Əliyevin adı Milli Şurada ehtiyat vahid namizəd kimi çəkilirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti