Türkiyə İrandan kömək istədi

Türkiyə İrandan kömək istədi
  14 Avqust 2013    Oxunub:1197
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu kömək üçün iranlı həmkarı Əli Əkbər Salehiyə müraciət edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Davudoğlu iranlı həmkarından bir neçə gün öncə Livanda oğurlanan iki türk pilotun azad edilməsi istiqamətində yardım olunmasını xahiş edib.

Turkish Airlines pilotları avqustun 9-da Beyrutun cənub hissəsində özlərini `Zuvar Əl-iman Ər-rida`adlandıran şiə qruplaşması tərəfindən oğurlanıb. Türkiyə və Livan rəsmilərinin günlərdir davam edən səylərinə rağmən, türk pilotları azad etmək mümkün olmayıb.

Pilotlarının oğurlanmasına cavab olaraq Türkiyə vətəndaşlarını Livanı tərk etməyə və bu ölkəyə səyahət etməkdən çəkinməyə çağırıb. Və həmçinin, Beyrutdakı mədəniyyət mərkəzini qeyri-müəyyən müddətə bağlamağa qərar verib.


Teqlər:  





Xəbər lenti