Meriya: “Mitinq müraciətinə baxırıq”

Meriya: “Mitinq müraciətinə baxırıq”
  14 Avqust 2013    Oxunub:1660
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq müraciətinə münasibət bildirib.

İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov AzVision.az-a açıqlamasında Milli Şuranın meriyaya müraciət etdiyini təsdiqləyib və hazırda həmin müraciətə baxıldığını qeyd edib :

“18 avqust mitinqi ilə bağlı müraciət daxil olub. Hazırda həmin müraciətə baxılır. Cavab verilən kimi, mətbuata da məlumat veriləcək” -deyə Z.Ramazanov bildirib.

Qeyd edək ki, Milli Şura 18 avqust mitinqi ilə bağlı BŞİH-ə rəsmi müraciət göndərərək mitinqin keçirilməsi üçün 4 yer təklif edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti