Dörd uşaq anası qəzanın qurbanı olub

Dörd uşaq anası qəzanın qurbanı olub
  14 Avqust 2013    Oxunub:1129
Neftçalada baş verən ağır yol qəzası iki nəfərin həyatına son qoyub.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, rayon sakini Əliyev Miraslan Mirdamət oğlu idarə etdiyi "VAZ-21074" markalı maşınla yolu keçən piyadalar ailəli, 4 övladı olan 54 yaşlı Əhmədova Əzizə Həzrətqulu qızını və 57 yaşlı Nağıyeva Zərifə Təvəkkül qızını vurub.

Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti