`İbrahimbəyovun sənədləri bu gün təqdim olunacaq`

`İbrahimbəyovun sənədləri bu gün təqdim olunacaq`
  14 Avqust 2013    Oxunub:1100
Günün sonuna qədər Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun seçki sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq.

Bu barədə AzVision.az-a açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, İbrahimbəyovun sənədlərinin hazırlanması yekunlaşmaq üzrədir: “Bu günün sonuna kimi Rüstəm İbrahimbəyovun sənədlərini MSK-ya təqdim edəcəyik. Sənədlər MSK-nın tələblərinə uyğun hazırlanır.”

Milli Şura üzvü əlavə edib ki, R.İbrahimbəyovun Azərbaycanda olmaması seçki sənədlərinin MSK-ya təqdim olunmasında problem yaratmır. Və onun vətəndaşlığı ilə bağlı məsələ bir neçə günə həll oluna bilər.

Qeyd edək ki, artıq prezidentliyə namizəd 11 nəfər sənədlərini MSK-ya təqdim edib.

Nihadə EYYUBOVA


Teqlər:  





Xəbər lenti