Hay-hayı gedən Hayastan

Hay-hayı gedən Hayastan
  14 Avqust 2013    Oxunub:1485
Keçmiş erməni baş nazir ölkəsinin Qarabağ savaşı dönəmindəkindən 1500 dəfə artıq itki ilə üzləşdiyi fikrindədir

Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bu fikirdədir ki, onun ölkəsi hazırda Qarabağ savaşı dönəmindəkindən dəfələrlə çox insan itkisi ilə üzləşib. Və əgər o zaman 20 min erməni öldürülmüşdüsə, indi Ermənistandan yoxa çıxanların sayı yüz minlərlədir.

İxtisasca iqtisadçı olan keçmiş baş naziri Facebook-da bunu səbəbini ölkəsinini indiki durumu ilə əlaqələndirir. Baqratyan Dünya Bankının yaydığı bilgilərə daynaraq qeyd edir ki, 2008-2012-ci illər arasında Ermənistanda Ümumi Daxili Məhsul 11 milyard 662 milyon dollardan 9 milyard 910 milyon dollara düşüb. Bu, 15,1% -lik mütləq eniş deməkdir.

Azərbaycanda isə bu müddət ərzində nəzərə dünya üzrə orta göstəricidən təqribən iki dəfə çox 37,5%-lik artım olub. Baqratyan daha bir statistik göstəricinin üzərində dayanaraq bildirir ki, Ermənistan 2008-ci ildə adambaşına düşən ÜMD-nin həcminə görə 3917 dollarla regionda dördüncü yerdəydi. İndi isə 5-ci, yəni sonuncu yerdədir.

O zaman adam başına düşən 10379 dollarlıq ÜMD ilə Türkiyə birinci, 5575 dollarlıq göstərici ilə Azərbaycan ikinci sırada yer almışdı. Üçüncü yerdə gələn İranda adambaşına düşən ÜDM-in həcmi 4899, axırıncı yerdə qərarlaşan Gürcüstanda isə 2920 dollar idi.

Ötən ilin statistikasına görə baxmayaraq ki, adambaşına düşən ÜMD-nin həcmində azalma baş verib, amma yenə 10666 dollarlıq göstərici ilə Türkiyə birinci yerdədir. Azərbaycan isə ikinci yeri qoruyub saxlamaqla bu göstəricini 2008-ci ildəki 5575 dollardan 7228 dollara qaldıra bilib. Yenə də ücüncü olan İranda ötən il adambaşına 6816, ondan sonra gələn Gürcüstanda 3508, axırıncı yerdə duran Ermənistanda isə 3338 dollarlıq ÜMD istehsal edilib.

Qrant Baqratyan ermənilərin ölkədən getməsində ilk növbədə bu faktın rol oynadığnığı deyir. O bildiri ki, indi əhalinin hər min nəfərinə düşən mirqratların sayına görə Gürcüstanda durum Ermənistandan 4 dəfə yaxşıdır. Azərbaycanla Türkiyədə isə əksinə müsbət miqrasiya halı qeydə alınır. Ermənistanın keçmiş baş naziri maraqlı bir fakta da toxunur. O yazır ki, Azərbaycanla savaşda ermənilərin 20 min nəfər itirdikləri qeyd olunur. Bəs bu illər ərzində ölkəni tərk edən 3 milyon adam niyə nəzərə alınmır.


Teqlər:  





Xəbər lenti