“Rəqibimiz İlham Əliyevdir”

“Rəqibimiz İlham Əliyevdir”
  14 Avqust 2013    Oxunub:1141
MSK-ya müraciət edən namizədlərdən bir neçəsinin sənədi rəsmi şəkildə təsdiq olunub.

AzVision.az onlar arasında kiçik sorğu aparıb, özlərinə kimi rəqib gördüklərini və partiyaların seçkiyə hazırlıqlarını necə dəyərləndirdiklərini soruşub.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev:

-İlham Əliyevi özümə əsas rəqib sayıram. Onun imkanları iqtidarın imkanlarıdır və kifayət qədər genişdir. Bu günə qədər namizədliyini irəli sürmüş digər şəxslərin hər biri ilə tanışam. Onlara da hörmətim və şəxsi münasibətim var. Namizədliyini vermək hər bir vətəndaşın hüququdur.Hesab edirəm ki, namizədlərin hər biri siyasi baxımdan hazırlıqlı, təcrübəli şəxslərdir. Amma imkanlar fərqlidir. Bu ilki vəziyyətdə heç bir müxalifət qüvvəsi iqtidarla texniki imkanlarını eyniləşdirə bilməz. Ola bilərki, müxalifyönlü elektorat baza cəmiyyətdə daha çoxdur. Bizim potensialımız oradadır. Lakin texniki imkanlar, maliyyə resursları baxımından, beynəlxalq əlaqələr, seçki texnoloqlarına görə hakimiyyətin gücü ilə müxalifət adına namizədliklərini irəli sürənlərin gücü eyni ola bilməz.

“Azadlıq” partiyasının sədri Əhməd Oruc:

- Bütün namizədlərə uğurlar arzu edirəm. Bu prosesin içindəyiksə ,Allahın köməkliyi ilə imza toplayacağıq. Zəruri olan 40 min imzanı ortaya qoyacağıq.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə prezident İlham Əliyevi özünə yeganə rəqib hesab edir.

Şahanə RƏHİMLİ



Teqlər:  





Xəbər lenti