Məmmədyarov qırğız nazirlə görüşüb

Məmmədyarov qırğız nazirlə görüşüb
  14 Avqust 2013    Oxunub:1177
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü sammiti çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdıldayev ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyin Qırğız Respublikasından Azərbaycan Respublikasına keçməsi, rəsmi Bişkekin sədrliyi dövründə görülmüş işlər, eləcə də təşkilat daxilində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycanın sədrliyi dövründə görülməsi nəzərdə tutulan işlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanla Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub. Hər iki nazir beynəlxalq təşkilatlar çərçivəsində ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdar olduqlarını diqqətə çatdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti