Abdulla Gül Qəbələdədir

Abdulla Gül Qəbələdədir
  14 Avqust 2013    Oxunub:1489
Gül Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət başçılarının üçüncü Zirvə görüşündə iştirak etmək üçün ölkəmizə gəlib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti və xarici işlər naziri Əhmət Davutoğlu, Nəqliyyat və kommunikasiya naziri Binali Yıldırım Atatürk hava limanından birbaşa Qəbələyə gəlib. Prezident və nümayəndə heyətini qarşılayacaq heyət artıq Qəbələdədir.

Hava limanında jurnalistlərə açıqlama verən Abdulla Gül 2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının türkdilli dövlətlər arasında ticarət və biznes əməkdaşlığının gücləndirilməsində önəmli rol oynadığını bir daha vurğulayıb.

Türkiyə prezidentinin sabah Azərbaycan dövlət başçısı ilə görüşü də nəzərdə tutulub.



Teqlər:  





Xəbər lenti