Muzeydə 600 rəsm əsəri var və onların içində ən pis olan sənət əsəri ən dəyərli əsər hesab olunur. Muzeyin müdiri Luzi Reyli Sako deyir ki, hər il muzeyə təxminən 8 min nəfər baş çəkir.
Buraya hər ay ən azı 20 tablo qəbul edilir və onlar arasında seçim edildikdən sonra divara asılır.
L.R.Sako vurğulayıb ki, muzeyin divarına asılacaq rəsm əsərinin qeyri-adi olmağı əsas şərtdir: “Əgər rəssam hazırladığı rəsm əsərini zibil qutusuna atmağı düşünürsə, deməli, həmin əsər bizim muzeydə yer almalıdır”.
Fatimə KƏRİMLİ