Meriya hələ də Milli Şuraya cavab verməyib

Meriya hələ də Milli Şuraya cavab verməyib
  15 Avqust 2013    Oxunub:1160
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq müraciətinə baxır.

Bu barədə AzVision.az-a İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov bildirib : “Müraciətə baxılır, hələ yekunlaşmayıb”.

Qeyd edək ki, Milli Şura 18 avqust mitinqi ilə bağlı BŞİH-ə rəsmi müraciət göndərərək mitinqin keçirilməsi üçün 4 yer təklif edib..

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti