Qarabağ separatçılarından Bakıya su təklifi

Qarabağ separatçılarından Bakıya su təklifi
  15 Avqust 2013    Oxunub:1171
Dağlıq Qarabağ Respublikası su resurslarını birgə idarə etməklə bağlı Azərbaycana dialoq təklif edib.
AzVision.az xəbər verir ki, bu barədə qondarma Dağlıq Qarabağ Respublikasının “müdafiə nazirinin müavini” Artur Aqabekyan “Azatutyun”a müsahibəsində bildirib. Onun sözlərinə görə, sözügedən su resuslarına Sərsəng su anbarı və Tərtər çayının suları daxildir.

“Sərsəng su anbarı istifadə etdiyimizdən də geniş imkanlara malikdir. Belə ki, su resurslarından həm erməni, həm də Azərbaycan tərəfi istifadə edə bilər” - Aqabekyan vurğulayıb.

O söyləyib ki, əgər Azərbaycan əməkdaşlıq haqqında təklifə reaksiya verməsə, Dağlıq Qarabağ hökuməti güclü nasos stansiyaları vasitəsilə su resurslarını sərhəd ərazilərdəki öz ərazilərinə yönəltmək üçün böyük investisiya qoymağa məcbur olacaq. Onun sözlərinə görə, ən əhəmiyyətli su bəndi məhz Tərtər ərazisində yerləşir və həmin stansiyadan istifadə etməklə suyu Azərbaycan tərəfinə yönəltmək olar.

A.Aqabekyan bildirib ki, istənilən sərhəd əməkdaşlığı iki ölkə arasındakı münasibətə müsbət təsir göstərəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti