Ərdoğan çağırış etdi
Baş nazir qeyd edib ki, Ramazan ayı boyunca Misirdə ancaq qırğınların şahidi olduq:
`Demokratiya ilə mübarizə aparan xalqa qarşı qətliam törədilməsi ap-açıq ortadadır.
İnanıram ki, gec-tez Misir xalqı öz mübarizəsində qalib gələcək`.
Ərdoğan vurğulayıb ki, haqsızlıq qarşısında susmaq şeytanlıq əlamətidir:
`Biz inandığımız doğrularımızı hər zaman müdafiə etməyə hazırıq. Türkiyə buna susmayacaq. Dünyanın hansı ölkəsində olursa olsun, qətliama göz yummaq, həmin cinayətə ortaq olmaq deməkdir`.
Mirvari