Qalib jurnalistlər Türkiyəyə tətilə göndərilir

Qalib jurnalistlər Türkiyəyə tətilə göndərilir
  15 Avqust 2013    Oxunub:1049
“Qafqaz İslam Ordusunun zəfər yürüşünün 95-ci ili” mövzusunda jurnalist müsabiqəsi
Bu il Qafqaz İslam Ordusu tərəfındən Azərbaycanın düşmən işğalından qurtuluşunun 95-ci ildönümüdür. Bu münasibətlə “Türküstan” qəzeti 16 avqust - 9 sentyabr 2013-cü il tarixləri arasında “Qafqaz İslam Ordusunun zəfər yürüşünün 95-ci ili” mövzusunda jurnalist müsabiqəsi elan edir.
Müsabiqəyə göstərilən tarixlər arasında hazırlanan yazılar (qəzetlərdə) və televiziya reportajları təqdim oluna bilər.
Müsabiqədə münsiflər heyətinin müəyyənləşdirdiyi ilk 5 yeri tutan jurnalist Türkiyənin turizm bölgələrinə bir həftəlik istirahətə göndəriləcək. Digər 5 qalibə isə xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqəyə Türkiyə Cümhuriyyəti Səfirliyinin Kültür ve Tanıtma Müşavirliyi, “Lider Qadınlar” İctimai Birliyi və “Ortaq Dəyərlər” İctimai Birliyi dəstək verir.
Müsabiqə üçün hazırlanmış materiallar (qəzet və yazının elektron versiyası, videoreportajlar diskdə) Bakı şəhəri, Azadlıq pr.51 ünvanına “Türküstan” qəzetinin redaksiyasına təqdim olunmalıdır.
Yazının sonunda “Qafqaz İslam Ordusunun zəfər yürüşünün 95-ci ili” mövzusunda müsabiqəyə təqdim olunur” qeydi olmalıdır
Materialların son təqdim edilmə tarixi 9 sentyabr 2013-cü il.

Əlaqə üçün:

(012) 440 95 46
(055) 720 04 13
[email protected]
[email protected]



Teqlər:  





Xəbər lenti