İranlı qız gözəlliyinə görə işdən qovuldu

İranlı qız gözəlliyinə görə işdən qovuldu
  16 Avqust 2013    Oxunub:2071
İranlı qıza xarici görünüşünə görə dövlət fəaliyyətində iştirak etmək qadağan olunub.
AzVision.az xəbər verir ki, mühafizəkar dairələr bildirib ki, şəhər şurasında “maneken”ə yer yoxdur. Buna görə də onu tutuduğu vəzifədən kənarlaşdırıblar.

İranın şimalında yerləşən Qəzvin şəhərində dövlət məsləhətçisi postuna seçilən Nina Muradi işdən qovulub. Qeyd edək ki, bu qərarı yerli dini şuranın nümayəndələri qəbul edib.

27 yaşlı Nina Muradi mühəndislik üzrə təhsil alıb və veb-dizayner işləyir. Seçkiqabağı plakatlarda hicab və tünd paltar geyinən Muradinin üzü açıq təsvir edilib. Ənənəvi təvazökar geyim qaydasına görə yalnız qadınların üzü açıq ola bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti