Suriya sərhəddində türk əsgəri yandı

Suriya  sərhəddində türk əsgəri yandı
  16 Avqust 2013    Oxunub:3343
Türkiyənin Suriya ilə sərhəddində türk sərhədçinin yanması ilə nəticələnən bədbəxt hadisə baş verib. Bu barədə xəbər Türkiyə Baş Qərargah idarəsinin internet saytında yayılıb. Bildirilir ki, Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla yanacaq gətirməyə çalışan qrupa yerli sərhədçilər müdaxilə ediblər. Bu vaxt ələ keçmək istəməyən qaçaqmalçılar yanacaqla dolu bidonları yandırıblar. Alova məruz qalaraq xəsarət alan əsgərlərdən biri xəstəxanaya çatdırılıb. Daha sonra Ankara GATA-ya çatdırılan hərbçinin vəziyyəti qənaətbəxşdir.



AzVision.az


Teqlər:





Xəbər lenti