Turistlər Misirdən çıxarılır

Turistlər Misirdən çıxarılır
  16 Avqust 2013    Oxunub:1130
Finlandiya hökuməti vətəndaşlarını Misirdən evakuasiya etməyə başlayıb.
AzVision.az xəbər verir ki, onlar avqustun 19-u tarixində vətənlərinə qayıdacaqlar. Bu qərarı turizm şirkətləri qəbul edib. Finlandiyanın “Tyareborq” şirkəti istirahət günlərində təxminən 100 müştərisini evakuasiya edəcək. Həmçinin şirkət Misirə avqust-sentyabr aylarına planlaşdırılan bütün turları ləğv edib. Digər “Finnmatkat” turizm şirkəti də Misirdə olan təxminən 135 turistini vətənə qaytarmağı və oktyabradək Misirə nəzərdə tutulan bütün turları ləğv etməyi planlaşdırıb.

Rusiya və Finlandiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarına Misirə getməməyi məsləhət görüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti