İbrahimbəyov nə ilə məşğul olduğunu açıqladı

İbrahimbəyov nə ilə məşğul olduğunu açıqladı
  16 Avqust 2013    Oxunub:1020
"Vaxtım yoxdur, montajla məşğulam"
Bu günlərdə sosial şəbəkədə Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun adından yayılmış bir ifadə müzakirələrə, şərhlərə səbəb olub. Həmin ifadə bundan ibarətdir: "Vaxtım yoxdur, montajla məşğulam".

Vahid namizəddən ölkəyə dönməyi və seçki kampaniyasına rəhbərlik etməyi gözləyən siyasi fəallar bu ifadəni müxtəlif yozumlara məruz qoyublar.

Vahid namizədin "montajla məşğul olması"na dair ifadə məşhurlaşandan sonra onun ikinci müəllifi, cümləni müsahibindən alan jurnalist də meydana çıxmağı lazım bilib. Bu, minval.az saytının rəhbəri İlkin Qəmbərdir. Jurnalist bu barədə yazdığı qeyd də bildirir ki, "indi vaxtım yoxdur, montajla məşğulam" ifadəsini R.İbrahimbəyov ilk olaraq iki gün öncə minval.az-ın əməkdaşına deyib, ancaq sayt rəhbərliyi bəzi siyasi mülahizələri əsas götürərək onu ictimailəşdirmək istəməyib.

İndi məlum olur ki, çıxan qan damarda durmadığı kimi, sızan xəbər də yerində durmaz, mütləq ictimailəşəcək.(Yeni Müsavat. )


Teqlər:  





Xəbər lenti