Mitinqin təhlükəsizliyi təmin olunacaq
Onun sözlərinə görə, mitinq təyin olunduğu vaxtda və yerdə keçirilməlidir:
“Polisin vəzifəsi təhlükəsizliyi təmin etmək və qanunun aliliyini qorumaqdır. İştirakçıların da borcu odur ki, təyin olunmuş yerdən və vaxtdan kənara çıxmasınlar”.
Qeyd edək ki, Bakı meriyası Milli Şuranın 20-ci sahədə mitinq keçirməsinə icazə verib. Mitinq saat 17:00-dan 20:00-dək davam edəcək.(Qafqazinfo)