“Snouden” markası yaradılacaq

“Snouden” markası yaradılacaq
  16 Avqust 2013    Oxunub:1163
Çinin “Hong Yuan Lan Xiang” şirkəti “Snouden” ticarət markasını qeydiyyatdan keçirəcək.
AzVision.az xəbər verir ki, “Snouden” markası “məxfi” texnologiya üçün nəzərdə tutulub. Şirkət markanı həm çin, həm də ingilis dilində qeydiyyatdan keçirməyi planlaşdırır.

Şirkət bildirib ki, sözügedən marka ilə hazırlanacaq elektron maşınlarının istehsalçıları ilə danışıqlar aparılır. Həmin texnologiya ilə ilk maşınlar 2013-cü ilin sonuna kimi hazır olacaq. Lakin şirkət istifadə olunacaq texnologiyanı gizli saxlayıb.

Çin qanunvericiliyinə əsasən ticarət markasının qeydiyyatı prosesi 12 - 15 ay çəkə bilər. Patent qanunvericiliyi üzrə ekspert bildirib ki, “Snouden” markası uğurlu seçim deyil. Onun sözlərinə görə, hökumət bu soyad siyasiləşdirildiyinə görə həmin markanı qəbul etməyəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti