Baş Prokurorluqdan iş elanı
Sənədlər Baş Prokurorluğun qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) sentyabrın 2-dən oktyabrın 31-nə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul ediləcək.
Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən və prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər aşağıda qeyd olunan sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər:
1. Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə;
2. Şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti;
3. Tərcümeyi-hal və kadrların uçotuna dair anket (blanklar prokurorluqda verilir);
4. 3x4 və 4x6 sm ölçülərdə, hər birindən 4 ədəd, ağ fonda fotoşəkil;
5. Hüquqşünaslıq ixtisası üzrə ali təhsil haqqında diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətləri;
6. Əmək kitabçasının notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti;
7. Qeydiyyatda olduğu yaşayış yeri üzrə poliklinikadan (forma № 086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmaması barədə arayışlar;
8. Qeydiyyatda olduğu yaşayış yeri və ailə tərkibi haqqında arayış;
9. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumunda qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notariat qaydasında təsdiq edilmiş surəti.
Teqlər: