Baş Prokurorluqda işləmək şansı
1. Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə;
2. Şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti;
3. Tərcümeyi-hal və kadrların uçotuna dair anket (blanklar prokurorluqda verilir);
4. 3x4 və 4x6 sm ölçülərdə, hər birindən 4 ədəd, ağ fonda fotoşəkil;
5. Hüquqşünaslıq ixtisası üzrə ali təhsil haqqında diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətləri;
6. Əmək kitabçasının notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti;
7. Qeydiyyatda olduğu yaşayış yeri üzrə poliklinikadan (forma № 086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmaması barədə arayışlar;
8. Qeydiyyatda olduğu yaşayış yeri və ailə tərkibi haqqında arayış;
9. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumunda qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notariat qaydasında təsdiq edilmiş surəti.
Sənədlər Baş Prokurorluğun Qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) 02 sentyabr 2013-cü il tarixdən 31 oktyabr 2013-cü il tarixədək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul ediləcəkdir.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlər ali hüquq təhsilinə və seçkilərdə iştirak etmək hüququna malik olmalı, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməlidirlər. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılar prokurorluğa işə qəbul edilmirlər:
- ikili vətəndaşlığı olan şəxslər;
- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
- din xadimləri;
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.
Müsabiqənin test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar.
Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə kütləvi informasiya vasitələrində, o cümlədən, Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az., www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcəkdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
AzVision.az