Partiyalar mitinqə qatılmayacaq

Partiyalar mitinqə qatılmayacaq
  16 Avqust 2013    Oxunub:1236
“Biz mitinqi təşkil edənlərdən deyilik. Mitinqdə iştirak etmək fikrimiz də yoxdur. Heç bir tərəfdarımızı da mitinqə çağırmırıq”.

Bu fikirləri AzVision.az -a açıqlamasında Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə mitinqə qoşulmaqla bağlı rəhbərlik etdiyi partiyaya müraciət daxil olmadığını bildirib:

“Mitinqlə qatılmaqla bağlı təklif gəlməyib. Buna görə də heçnə deyə bilmərəm. Əgər təklif gələrsə, müzakirə edərik”

Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Azərbaycan Demokrat Partiyası (ADP) və Ümid Partiyası mitinqə qatılmayacaq.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti