MDB başçıları Minskdə görüşəcək

MDB başçıları Minskdə görüşəcək
  17 Avqust 2013    Oxunub:1105
“Müstəqil Dövlətlər Birliyi”nin dövlət başçılarının şurasının növbəti iclası oktyabrın 25-də Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək.
Bu barədə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“MDB-nin İcra Komitəsi oktyabrın 24-25-də Minsk şəhərində planlaşdırılan MDB dövlət başçıları və Xarici İşlər nazirləri Şuralarının iclasına hazırlıq işlərini həyata keçirir”-deyə rəsmi açıqlamada bildirilib. Avqustun 20-də keçirilməsi planlaşdırılan MDB-nin daimi nümayəndələr şurasının iclasında qarşıdan gələn iclasların gündəliyinin tərtib olunması nəzərdə tutulur.
Məlumatda deyilir ki, MDB Xarici İşlər nazirləri Şurasının gündəliyində 20-yədək sənəd o cümlədən, 2020-ci ilə qədər turizm sahəsində strateji əməkdaşlıq strategiyası, 2015-ci ilin MDB məkanında Böyük Vətən Müharibəsi veteranları ili elan olunması və korrupsiayaya qarşı Dövlətlərarası Şuranın təsis edilməsi nəzərdə tutulub. Bununla yanaşı, terrorizm və cinayətkarlığa, narkotikanın qanunsuz dövriyyəsinə və insan alverinə qarşı 2014-2018-ci illər üçün mübarizə proqramları, MDB İqtisadiyyat məhkəməsinin statusunun müzakirəsi də bura daxildir.

MDB Dövlət Başçıları Şurasının iclası gündəliyinə isə18 məsələ o cümlədən, 2014-cü ilin MDB- məkanında turizm ili elan olunması, informasiya texnologiyalarından istifadə ilə baş tutan cinayətlərə qarşı birgə mübarizə konsepsiyasının müzakirəsi və MDB-nin xarici sərhədlərindən baş verə biləcək təhlükələrə qarşı çevik reaksiya verə biləcək, sərhəd qurumlarından seçilən xüsusi mütəxxəsislər qrupunun yaradılması və tətbiqi qaydası müzakirə olunacaq.

Bundan öncəki MDB Dövlət başçıları Şurasının iclası 2012-ci il dekabrın 5-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmişdi. (Modern.az)




Teqlər:





Xəbər lenti