Baş Prokurorluqdan mitinq xəbərdarlığı

Baş Prokurorluqdan mitinq xəbərdarlığı
  17 Avqust 2013    Oxunub:1053
Milli Şuranın 2013-cü il avqustun 18-də Bakı şəhəri 20-ci yaşayış sahəsində Sürücülük məktəbinin həyətində keçirəcəyi mitinq ilə bağlı Baş Prokurorluq xəbərdarlıq yayıb. Mitinq zamanı toplantının təşkilatçıları və iştirakşıları tərəfindən odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır.

Bundan əlavə, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə ictimai qaydanı pozmaqla və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınacaq və kütləvi aksiyaların təşkilatçıları barədə müvafiq tədbirlər görüləcək.

Redaksiyadan: Əgər Baş Prokurorluq belə bir xəbərdarlıq yayırsa, demək, onlarda hər hansı qanun pozuntularının baş verə biləcəyi ilə bağlı müəyyən məlumatlar var.


Teqlər:





Xəbər lenti