Əhməd Davudoğlu İran və Azərbaycanı üçtərəfli görüşə dəvət edib

Əhməd Davudoğlu İran və Azərbaycanı üçtərəfli görüşə dəvət edib
  17 Avqust 2013    Oxunub:1022
İran və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA-nın İRİB-ə istinadən məlumatına görə, Əhməd Davudoğlu və Məhəmməd Cavad Zərif iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi və regional məsələləri müzakirə ediblər. Tərəflər ikitərəfli əlaqələrin strateji əhəmiyyətinə toxunaraq İranla Türkiyə arasındakı münasibətlərin regional sahədə də inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Ə. Davudoğlu M.Zərifi İranın xarici işlər naziri vəzifəsinə təsdiqlənməsi münasibətilə təbrik edib, İranla hər sahədə əlaqələrin inkişaf etdirilməsini arzulayıb. O, həmçinin Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) yığıncağının müvəffəqiyyətli keçdiyini deyərək, iranlı həmkarını Türkiyə, Azərbaycan və İran arasında əməkdaşlığın inkişaf etdirilməsi münasibətilə Ərzurum şəhərində keçirilməsi planlaşdırılan üçtərəfli görüşdə iştirak etmək üçün ölkəsinə səfərə dəvət edib.

M. Zərif isə Misirdə baş verən hadisələrdən narahat olduğunu bildirərək, regional böhranların aradan qaldırılması üçün bölgə ölkələrinin əməkdaşlığının zəruri olduğunu vurğulayıb.



Teqlər:  





Xəbər lenti