Prezident Zaqatalada görülən işlərlə tanış olub

Prezident Zaqatalada görülən işlərlə tanış olub
  17 Avqust 2013    Oxunub:1254
Avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala şəhərinin tarixi mərkəzinin yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, tarixi mərkəz adlanan ərazi 1850-ci illərdə salınan hazırkı Dədə Qorqud meydanını, Qala düzü pilləkənlərini, Heydər Əliyev prospekti və 28 May küçəsinin bir hissəsi daxil olmaqla, təxminən 6,2 hektar ərazini əhatə edir.

Azərbaycan Prezidenti şəhərin tarixi mərkəzində aparılan yenidənqurma və bərpa işlərini, eləcə də Zaqatala qalasını əks etdirən stendlərə baxdı.

Dövlətimizin başçısı Dədə Qorqud meydanını gəzdi.

Bildirildi ki, burada yenidənqurma işlərinə 2012-ci ilin aprelində başlanmışdır. Meydanda Dədə Qorqudun 2,5 metrlik heykəli ucaldılaraq memorial kompleks tikilib.

Burada 6 bürc, fəvvarəli 4 hovuz, 6 giriş-çıxış qapısı quraşdırılıb.
Meydanda mindən çox dekorativ ağac və gül kolu əkilib. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Tarixi mərkəzdə 50-dən çox fərdi evin, ictimai binanın və sahibkarlıq obyektinin dam örtüklərində və fasadlarında yenidənqurma işləri aparılıb. Heydər Əliyev prospekti əsaslı surətdə təmir olunub.

Bundan başqa, səkilərə və meydana 5 min kvadratmetrə qədər tamet piltə döşənib, 400 kvadratmetr sahədə isə yaşıllıq zolağı salınıb.

Hazırda Heydər Əliyev prospektində, Dədə Qorqud meydanının ətrafında olan yaşayış və ictimai binaların fasadlarının tarixi görkəminin bərpası işləri davam etdirilir.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.


Teqlər:  





Xəbər lenti