İlham Əliyev Zaqatala sakinlərini sevindirdi

İlham Əliyev Zaqatala sakinlərini sevindirdi
  17 Avqust 2013    Oxunub:1179
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala şəhərinə suyun verilməsi mərasimində iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə Zaqatala rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, əlamətdar hadisə münasibətilə onları təbrik etdi.

Rayon ictimaiyyəti adından çıxış edən Vəfa Süleymanova göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə zaqatalalıların təşəkkürünü çatdırdı.

Sonra Prezident İlham Əliyev Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini əks etdirən stendlərə baxdı.

Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədov Zaqatala şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrası barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, layihənin icrasında 2010-cu ilin noyabrında başlanıb, birinci mərhələ üzrə işlər yerinə yetirilmişdir. İkinci və üçüncü mərhələlər üzrə işlər davam etdirilir.

Qeyd edildi ki, layihə əhalinin 2031-ci ilə qədər olan artım proqnozu nəzərə alınaraq işlənib. Rayonda icrada olan su təchizatı sisteminin yenidən qurulması nəticəsində Zaqatala şəhərinin 22 min, 7 kəndin isə 26 min nəfər əhalisinin gün ərzində suya olan tələbatı tam ödəniləcəkdir.

Bildirildi ki, tikintisi başa çatdırılan su mənbələrinin potensialı 75 min əhalinin suya olan tələbatını tam ödəyəcəkdir ki, bu da Zaqatala rayon əhalisinin 50 faizinin 2031-ci ildə içməli su ilə tam təmin edilməsi deməkdir.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, müasir texnologiyanın tətbiq olunduğu çirkab sutəmizləyici qurğular kompleksi 2014-cü ilin birinci rübündə istismara veriləcəkdir.

Stendlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Zaqatala şəhərinə içməli suyun rəmzi olaraq verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.


Teqlər:  





Xəbər lenti