Prezidentdən Misirdəki hadisələrlə bağlı təlimat
AzVision.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Misirdə baş verən hadisələr ilə əlaqədar Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təminatının və təxliyəsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər və Fövqəladə Hallar Nazirliklərinə təlimat verilib.
Məlumatda deyilir ki, Azərbaycan vətəndaşlarının təxliyyəsinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülməkdədir.